Məsut Özil "Real"la müqaviləni uzatmaq istəyir
“Real”ın türk əsilli almaniyalı futbolçusu Məsut Özil klubla müqaviləsinin müddətini uzatmaq istəyir.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata əsasən, 2016-ci ildə sözləşməsi bitəcək futbolçu bu mövsüm göstərdiyi yaxşı oyuna görə, klubundan müqaviləni yeniləmək təklifi gözləyir. M.Özil bunu “Real”da özünü yaxşı hiss etməsi və Ronaldoyla yaxşı tandem yaratmaları ilə əlaqələndirib.
Qeyd edək ki, Çempionlar Liqasında “Qalatasaray”la oynanılan matçlardan sonra futbolçu ilə klub arasında danışıqların başlanacağı gözlənilir.