"Qalatasaray"ın futbolçusu: "Real"dan çəkinmirik"
“Qalatasaray”ın futbolçusu Emanuel Ebue Çempinolar Liqasının 1/4 finalda rəqibləri olan “Real” haqqında fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, "QS TV" kanalına danışan futbolçu rəqib oyunçuları və baş məqşi Mourinyonu yaxşı tanıdıqlarını deyib: “Bəziləri “Real”ın bizim üçün çox çətin rəqib olduğunu düşünür. Düzdür, onlar çox güclü klubdur, ancaq biz də onlardan geri qalmırıq. Ona görə rəqibdən çəkinmirik”.
Fildişi Sahilli futbolçu bir çoxlarının bu mərhələyə gəlmələrinə inanmadıqlarını bildirib: “Amma biz onlara nələr edə biləcəyimizi göstərdik.Əlimizdən gələnin ən yaxşısını etdik. Buna görə də,1/4 finala çıxmağı layiq idik.”