Droqba: "ÇL-ın himni üçün darıxmışam"

Droqba: "ÇL-ın himni üçün darıxmışam"
XƏBƏR 25 Mart 2013 / 13:10 2427
-  A +

“Qalatasaray”ın hücumçusu Didye Droqba Çempionlar Liqasındakı hədəflərindən danışıb.

Qol.Az-ın məlumatına görə, “TRT Spor”a açıqlama verən təcrübəli futbolçu kuboku qazanacaqlarına inandıqlarını bildirib: “İnamımız bizi bura qədər gətirib. Futbol karyeramda daha bir pillə irəlilədim. ÇL-nın himni üçün çox darıxmışam. Güclü klublarla ÇL-da yarışmaq insana zövq verir".
Hələ də futbolda nəyisə öyrəndiyini vurğulayan Droqba qeyd edib: “35 yaşım olsa da, hələ də öyrənməli olduğum şeylər var. Məsələn, başla zərbələrim  kifayət qədər yaxşı alınmır. Hava mübarizələrində daha yaxşı olmalıyam”.

Qeyd edək ki, ulduz futbolçu bu mövsüm “Qalatasaray”ın heyətində bir qola imza atıb.

Son xəbərlər