Xedira: "Mourinyo olmasa, "Real"a gəlməzdim"

Xedira: "Mourinyo olmasa, "Real"a gəlməzdim"
XƏBƏR 24 Mart 2013 / 18:25 2628
-  A +

 “Real”ın futbolçusu Sami Xedira baş məşqçiləri Joze Mourinyo haqqında danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, alman futbolçu bu səviyyəyə çatmasında  portuqaliyalı mütəxəssisin  böyük rolu olduğunu deyib: “Real”a transfer olunmaq böyük bir şansdır. Burada möhtəşəm oyunçular, yaxşı baş məşqçi ilə daha da təkmilləşdim. Xüsusilə də, Mourinyonun mənim üzərimdə çox böyük əməyi var. O olmasa, "Real"a gəlməzdim”.

Xedira  baş məşqçiləri ilə bir vaxtlar yaranmış soyuq münasibətə də aydınlıq gətirib: "Bunlar son dərəcə normal hadisələrdir. “Morunyo  “Real”a böyük uğurlar qazandırıb. İki mövsümdə üç kubokun əldə edilməsi buna bir daha sübutdur".

Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner