DÇ-2014-ün seçmə mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqada yaranmış fasilədən istifadə edərək Gürcüstana yollanan "Simurq" dünən yoldaşlıq görüşünə çıxıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, rəqib, Qori şəhərinin təmsilçisi "Dila" klubu olub. Sona qədər üstün oyun nümayiş etdirən "sarı-qaralar" qarşılaşmadan qalib ayrılıb. Zaqatala təmsilçisinin qolunu oyunun 14-cü dəqiqəsində cərimə zərbəsindən Marçin Burxardt vurub. Bundan sonra da qarşılaşmada hesabı artırmaq üçün qol şansları yaransa da, təmsilçimiz bundan yararlana bilməyib və matç bu hesabla başa çatıb.
Qeyd edək ki, "Simurq" sabah Zaqatalaya qayıdacaq və Topaz Premyer Liqasının növbəti turuna hazırlıqları doğma arenada davam etdirəcək. Komandanın rəqibi aprelin 30-da "Bakı" klubu olacaq.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi