Millimizin hücumçusu Leandro Qomeş klubsuz qalıb. Qol.Az-ın məlumatına görə, braziliyalı forvardın “Olimpik”lə müqaviləsi başa çatıb. Yeni sözləşmə barədə danışıqlar müsbət nəticələnmədiyindən Qomeş klubsuz qalıb. Leonun karyerasını hansı klubda davam etdirəcəyi hələ məlum deyil.