Milliliz böyükhesablı qələbə qazanıb

Milliliz böyükhesablı qələbə qazanıb
XƏBƏR 22 Mart 2013 / 20:00 2993
-  A +

Estoniyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə Estoniyanın U-19 yığması ilə qarşılaşan komandamız 4:0 hesablı qələbə qazanıb. Oyunda hərəyə bir dəfə Coşqun Diniyev və Fəhmin Muradbəyli fərqlənib. Ruslan Nəsirli isə dubl edib.

Bu komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.

Daha çox


Son xəbərlər