David Vilyadan Mourinyoya etiraz

David Vilyadan Mourinyoya etiraz
XƏBƏR 22 Mart 2013 / 16:07 2912
-  A +

“Barselona”nın futbolçusu David Vilya “Real”ın baş məşqçisi Joze Mourinyonun 2012-ci il dünyanın ən yaxşı baş məşqçisinin seçimi zamanı FİFA-nın saxtakarlıq etməsi barədə iddialarına münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, Mourinyonun fikirləri ilə razılaşmadığını, Visente del Boskenin ədalətli şəkildə ən yaxşı baş məşqçi seçildiyini deyib. Vilya “Del Boske belə polemikalara fikir verməz. O, həm insan, həm də baş məşqçi kimi yüksək pillədə olan biridir” deyərək ona dəstək çıxıb.

Qeyd edək ki, del Boske 2012-ci ildə İspaniya millisinə Avropa çempionluğunu qazandırıb.

Daha çox


Son xəbərlər