“Bavariya”nın prezidenti: “Hücumçuya ehtiyac olsa, Burakla danışıqlara başlayacağıq”

“Bavariya”nın prezidenti: “Hücumçuya ehtiyac olsa, Burakla danışıqlara başlayacağıq”
XƏBƏR 22 Mart 2013 / 15:54 2545
-  A +

“Bavariya”nın prezidenti Uli Heness “Qalatasaray”ın futbolçusu Burak Yılmaz və baş məşqçi Fatim Terim haqda fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, Türkiyənin “Fanatik” qəzetinə müsahibəsindı klub rəhbəri BurakYılmazın oyununu çox bəyəndiyini deyib. O bildirib ki, “Bavariya”nın hücümçuya ehtiyacı olsa, o zaman türk futbolçunun transferi üçün lazımlı işlər görüləcək: “Əgər bir futbolçu Çempionlar Liqasında səkkiz qol vurubsa, onun necə oyunçu olması barədə mübahisə etməyə ehtiyac yoxdur. Əminəm ki, bir çox klub Burakın oyunu izləyib və onun transferi üçün tədbirləri görməyə başlayıb”.

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim barəsində isə U.Heness deyib: “Terim işini sevərək həyata keçirir. O, səmimidir. Baş məşqçi nə qədər səmimi və inandırıcı olsa, bu keyfiyyətlər futbolçulara da siraət edər. Onun uğur qazanmasının səbəblərindən biri də budur”.

Daha çox


Son xəbərlər