4 yerli futbolçunu heyətinə qatan “Neftçi” artıq diqqətini “xarici bazar”a yönəldib. Qol.Az-ın məlumatına görə, bu səbəbdən “ağ-qaralar”ın baş məşqçisi Böyükağa Ağayev Latviyaya yollanıb. Artıq bir neçə gündür Latviyada olan Ağayev bu ölkənin çempionat oyunlarını izləyir. Baş məşqçi Bakıya qayıtdıqdan sonra bəyəndiyi futbolçular haqda klub rəhbərliyinə məlumat verəcək.