"Qalatasaray" "Real"la eyni turnirdə

"Qalatasaray" "Real"la eyni turnirdə
XƏBƏR 21 Mart 2013 / 14:07 3129
-  A +

Türkiyənin “Qalatasaray” klubu dünyanın ən önəmli turnirlərindən birinə xüsusi dəvət alıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Arsenal”ın hər il ev sahibi olaraq təşkil etdiyi “Emirates” turnirinə “Real” və ”Yuventus” kimi komandalarla birlikdə, “Qalatasaray”da qatılacaq. Son zamanlar Çempionlar Liqasında uğurlu çıxışı, o cümlədən Droqba, Sneyder kimi ulduz futbolçuların transferi ilə diqqət mərkəzində olan “Cim-bom” artıq göndərilən təklifə cavab verib. Bildirilb ki, turnir Türkiyəsuper kuboku ilə eyni vaxta düşməsə, klub bu turnirdə iştirak edəcək.

Qeyd edək ki, “Emirates” turniri avqustun 4-də başlanacaq.

Daha çox


Son xəbərlər