Mourinyo Burak Yılmazı bəyənib

Mourinyo Burak Yılmazı bəyənib
XƏBƏR 19 Mart 2013 / 14:06 3136
-  A +

Çempionlar Liqasında rəqibləri olan Türkiyədə “Qalatasaray”ın “Kayserispor”la matçını stadiondan izləməyən “Real”ın baş məşqçisi Joze Mourinyo Burak Yılmazın oyununu bəyənib.
 
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, son zamanlar uğurlu çıxışı ilə bir çox klubun maraq dairəsində olan türk hücumçu gösrətdiyi oyunla Mourunyonun da diqqətini çəkib.

Türkiyə mətbuatı Benzema və İquandən gözlədiyi oyunu görməyən portuqaliyalı mütəxəssisin yaxın vaxtlarda türkiyəli hücumçuya təklif göndərəcəyini iddia edib.

Qeyd edək ki, Burak Yılmaz bu mövsüm Türkiyə süperliqasında 16, Çempionlar Liqasında isə 8 qol vurub.

Daha çox


Son xəbərlər