"Real"ın futbolçusu "Qalatasaray"ı təriflədi

"Real"ın futbolçusu "Qalatasaray"ı təriflədi
XƏBƏR 19 Mart 2013 / 00:43 3551
-  A +

“Real”ın futbolçusu Luka Modriç Çempionlar liqasının  1/4 finalında rəqibləri olan “Qalatasaray” haqqında danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə,  xorvatiyalı futbolçu rəqibin çox yaxşı oyunçulardan ibarət komanda olduğunu deyib. “Son zamanlar önəmli qalibiyyətlər əldə etsək də, yarım finala çıxmağımız asan olmayacaq.”Qalatasaray”  böyük bir klubdur. Sneyder və Droqba kimi futbolçularla  isə daha da təhlükəli olub. Ona görə hər iki matçda ən yaxşı oyunumuzu sərgiləməliyik” deyə o bildirib.

Qeyd edək ki, “Real”la “Qalatasaray” arasında ilk oyun aprelin 3-də baş tutacaq.

Daha çox


Son xəbərlər