İspaniyanın Kastelyon şəhərində keçirilən çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsinin 1/8 finalında bu gün Azərbaycan millisi İngiltərə ilə qarşılaşıb. Qol.Az-a AFFA-nın İnformasiya və İcimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, Hikmət Bağırovun dublu və Elnur Əhmədovun vurduğu 1 qol sayəsində oyun 3:1 hesabı ilə millimizin xeyrinə başa çatıb. Komandamız 1/4 final mərhələsində iyunun 12-də İspaniya millisi ilə qarşılaşacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl 21 yaşadək futbolçulardan ibarət milli komandamız ingiltərəli həmyaşıdları ilə qarşılaşmış və rəqibinə 0:7 hesabı ilə uduzmuşdu. Göründüyü kimi, çimərlik futbolu üzrə millimiz gənclərin qisasını ingilislərdən aldı. İndi isə növbə ispanlarındır.
Yamaldan növbəti rekord
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı