"Qarabağ" məşqlərə başladı

"Qarabağ" məşqlərə başladı
XƏBƏR 16 Mart 2013 / 16:47 1703
-  A +

“Qarabağ” klubu 3 günlük fasilədən sonra yenidən hazırlıqlara başlayıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə  görə, komanda bu gün saat 14:00-da bazada toplaşaraq məşqə yollanıb. Ağdam təmsilçisi Suraxanı qəsəbə stadionunda günün yeganə çalışmasını keçib. Yeddi futbolçusunu əsas, iki futbolçusunu U-21-ə, Ansi Aqollini Albaniya millisinə göndərən komandada Branimir Subaşiç də zədə səbəbindən hazıqlara qatılmır. Sabah isə klubun iki məşqi nəzərdə tutulub.

Daha çox


Son xəbərlər