“Bu qərar bir az gözlənilməz oldu. Buna baxmayaraq, biz öz məşqlərimizi davam etdiririk. Sonda hansı komandanın çempionatı tərk edəcəyini zaman göstərəcək. “Turan” bütün çempionatlarda iştirak edib. İnanırıq ki, hazırda turnir cədvəlində 11-ci yerdə olsaq da, gələn mövsümdə də yüksək liqada iştirak edəcəyik”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Turan”ın baş məşqçisi Əfqan Talıbov AFFA-nın İcraiyyə Komitəsinin Premyer Liqada “altılıq” sisteminin ləğv olunması haqda verdiyi qərara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, qərar gözlənilməz olsa da, düzgündür: “AFFA hər halda bu qərarı Azərbaycan futbolunun inkişafı üçün verib. Bunun bir üstün cəhəti də odur ki, cari çempionatda ikinci “atılıq”da da çempionatı tərk etməmək üçün güclü mübarizə gedəcək. Hətta mən deyərdim bu mübarizə ilk “altılıq”dan daha gərgin olacaq. Həmçinin “altılıq” sisteminin ləğv olunması çempionluğa oynayan komandaların sayını artıracaq”.
Baş məşqçi yeni qərara görə komandaların dörd dövrədə yarışmasına da münasibət bildirib: “Belə sistemlərdən istifadə edən ölkələr çoxdur. Uzun bir marafon olacaq. Bunun üçün güclü heyət lazımdır ki, bu qədər çoxlu oyunları çatdırmaq olsun”.
Son oyunlarda uğursuz çıxışlarına da toxunan Ə.Talıbov komandanın ardıcıl iki oyun məğlub olmasının səbəblərindən danışıb: “Qış fasiləsində sonra bəzi futbolçular komandadan getməsi müdafiədə boşluqlar yaradıb. Hələ də bu boşluqları doldura bilməmişik. Son oyunlarda da bu özünü göstərdi. Çalışacağıq ki, çempionatda yaranan fasilədə bu çatışmazlıqları aradan qaldıraq. İki yoldaşlıq oyunu nəzərdə tutmuşuq. Bu oyunlarda da əsasən müdafiə sistemini nəzərdən keçirəcəyik”.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya