“Rövnəq müəllim FİFA prezidenti olsun...”

“Rövnəq müəllim FİFA prezidenti olsun...”
XƏBƏR 15 Mart 2013 / 14:38 2556
-  A +

“Gərək, Rövnəq Abdullayev FİFA prezidenti olsun ki, Hafiz müəllim də AFFA-ya rəhbərlik etsin". Lent. az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.
 
O bildirib ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevin işi göz qabağındadır. H.Məmmədovun fikrincə, bu cür iş bilən federasiya prezidenti olmayıb: “Özünüz də konfrans zamanı görülən işlərlə tanış oldunuz.  “Bakı”nın gördükləri də  AFFA-nın adı ilə bağlıdır. Rövnəq müəllimə nə olub ki... O, SOCAR-da da çatdırır, AFFA-da da. Biz isə ancaq ona dəstək veririk”.
 
“Bakı”nın prezidenti AFFA-ya rəhbərlik edəcəyi barədə xəbərləri təkzib edib: “Bunların hamısı boş-boş söhbətlərdir...  Onda gərək Rövnəq müəllim FİFA prezidenti olsun”. 

Daha çox


Son xəbərlər