"Qəbələ" yarımfinala çıxdı

"Qəbələ" yarımfinala çıxdı
XƏBƏR 14 Mart 2013 / 22:43 2089
-  A +

Moldovanın Tiraspol şəhərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən beynəlxalq turnirdə çıxışını davam etdirən "Qəbələ" bu gün növbəti oyununa çıxıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, qrup mərhələsi çərçivəsində Uşaq Gənclər İdman Məktəbi (Ukrayna) ilə baş tutan sonuncu matç qrup liderliyi baxımından prinsipiallıq daşıyıb. Gərgin mübarizə şəraitində keçən bu görüşdə “qırmızı-qaralar” hesabda geri olmasına və ikinci hissədə doqquz nəfərlə qalmasına baxmayaraq, 2:1 hesabı ilə qalib gəlib.

Bu qələbədən sonra xallarının sayını 9-a yüksəldən Hüseynqulu Quliyevin komandası qrup mərhələsini lider kimi tamamlayıb və yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, finala vəsiqə uğrunda mübarizədə "qırmızı-qaralar" martın 16-da ev sahibi "Şerif"lə üz-üzə gələcək.

Daha çox


Son xəbərlər