Foqts Elnur Allahverdiyevi bağışladı

Foqts Elnur Allahverdiyevi bağışladı
XƏBƏR 14 Mart 2013 / 13:35 2301
-  A +

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts "Xəzər Lənkəran"ın müdafiəçisi Elnur Allahverdiyevi bağışlayıb.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, E.Allahverdiyev martın 13-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışına başlayan Azərbaycan milli komandasının hazırlıq prosesinə çağırılıb.

Xatırladaq ki, E.Allahverdiyev Topaz Premyer Liqanın oyunlarından birində hakimin üzünə tüpürdüyü üçün Foqts neçə vaxtdır bu futbolçunu milliyə çağırmırdı.

Daha çox


Son xəbərlər