Millimizdə dəyişiklik: Qarayev getdi, Manafov gəldi

XƏBƏR 14 Mart 2013 / 12:44 2288
-  A +

Finlandiya və Estoniya yığmaları ilə yoldaşlıq oyunu keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, zədə səbəbindən David Qarayev ("Ska Energiya", Rusiya) yığmanın heyətindən çıxarılıb, onun əvəzinə "Neftçi" klubundan Kənan Manafov toplanışa dəvət olunub.

Xatırladaq ki, U-19 martın 16-dan 19-dək Finlandiyada, martın 19-dan 25-dək isə Estoniyada təlim-məşq toplanışında olacaq. Yığmamız martı 18-də Finlandiya, martın 22-də və 24-də isə Estoniya komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Daha çox


Son xəbərlər