"Bakı" futbol klubunun doqquz üzvü FİFA 2014 DÇ qrup mərhələsi oyunlarında keçiriləcək rəsmi qarşılaşmalarda forma geyə bilər.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts "Bakı"nın beş üzvünü yığmanın düşərgəsində görmək istəyir. Bunlar Kamran Ağayev, Cavid Hüseynov, Elvin Məmmədov, Aqil Nəbiyev və Rauf Əliyevdir.
Daha iki futbolçu isə səfərə yollanır. Deyvidas Çesnauskis Slovakiya-Litva qarşılaşmasında Litva millisinin, Deniss İvanovs isə Lixtenşteyn-Latviya oyununda Latviya formasında meydana çıxa bilər.Bura Azərbaycan milli U-21 sıralarına dəvət alan Şəhriyar Əliyev və Nurlan Novruzovu da əlavə etsək, "Bakı" futbol klubunu milli komandlarda təmsil edən futbolçuların sayı doqquz olur.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 15-də və 16-da Bakıda, martın 17-dən 28-dək isə Avstriyada təlim-məşq toplanışında olacaq. Toplanış çərçivəsində yığmamız martın 23-də Gürcüstanın, martın 26-da isə Albaniyanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Milli komandamız səfər oyununa hazırlıq prosesini Dubayda keçəcək. Zədə səbəbindən final mərhələsinin Bakı derbisində ("Neftçi", 1:1) meydana çıxa bilməyən Aqil Nəbiyevin təlim-məşq toplantısında iştirakı sual altındadır.
Xatırladaq ki, Azərbaycan milli komandası bu ay ərzində iki rəsmi oyun keçirəcək. Milli komandamız 22 mart 2013-cü il tarixində Lüksebdurqun qonağı olacaq. Dörd gün sonra isə (26 mart 2013) Tofiq Bəhramov adına Respublika stadionunda Portuqaliyanı qəbul edəcək.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi