Droqba: "1/4 finalda PSJ ilə oynamaq istərdik"

Droqba: "1/4 finalda PSJ ilə oynamaq istərdik"
XƏBƏR 13 Mart 2013 / 17:20 2344
-  A +

“Qalatasaray”ın hücumçusu Didye Droqba Fransa qəzeti “Beinsport”a verdiyi açıqlamasında ÇL-ın 1/4 final mərhələsinə yüksəlmələrindən danışıb.

Qol.Az-ın məlumatına görə,  Droqba, ÇL-nı yenidən qazanmaq istədiyini bildirib: “ÇL-sı qazanmaq çox gözəl hissdir. Keçən il “Çelsi” ilə bu sevinci dadmışam. Amma  bəs etmir. Bir dəfə bu sevinci yaşayan insan,  bir daha bunu istəyir.  Final hələki uzaqdır. Əlimizdən gələni edəcəyik ki, finala qədər gedək. Kaş ki, oynamdan finala yüksələydik (Gülür).

35 yaşlı futbolçu yarımfinalda qarşılaşmaq istədikləri komandanın da adını açıqlayıb. "1/4 finalda PSJ ilə qarşılaşsaq,  yaxşı mübarizə aparardıq. Parisdə türklər çoxdur. Ona görə də, Parisdə oynasaq, özümüzü Türkiyədəki kimi hiss edərik. Gelsenkirhendə də belə oldu”.

Daha çox


Son xəbərlər