“Barselona”nın hücumçusu Lionel Messi yenidən öz ampluasındadır: o, yenə qol vurur, yenə liderliyini nümayiş etdirir və komandasını qələbəyə aparır. Dünən Messi “Milan”a iki qol vurmaqla komandasının Çempionlar Liqasının 1/4 final mərhələsinə çıxmasında böyük rol oynayıb. Ötən həftə isə Messi İspaniya çempionatında özünə məxsus olan rekordu yeniləyib – dalbadal 17 oyunda qol vurub.
Qol.Az saytı Messi 25 rekordununun siyahısını təqdim edir.
1. “Barselona”nın tərkibində bütün turnirlərdə 306 qol.
2. “Barselona”nın 300-dən artıq ol vuran yeganə oyunçusu.
3. İspaniya çempionatında “Barselona”nın tərkibində 209 qol.
4. “Barselona”ın tərkibində Çempionlar Liqasında 58 qol.
5. “Barselona”ın tərkibində avrokuboklarda 59 qol.
6. “Barselona”nın tərkibində beynəlxalq klub turnirlərində 63 qol.
7. “Barselona”nın tərkibində 22 het-trik.
8. “Barselona”nın tərkibində İspaniya çempionatında 16 het-trik.
9. “Nou-Kamp” stadionunda 150-dən artıq qol vuran ilk futbolçu.
10. İspaniya çempionatında bir mövsümdə 50 qol.
11. İspaniya çempionatında ardıcıl 17 oyunda qol vurmaq.
12. İspaniya çempionatının bir mövsümündə 8 het-trik.
13. İspaniya çempionatında 200 qol vuran ən gənc futbolçu.
14. İspaniya superkubokunda 10 qol.
15. Bir təqvim ilində 91 qol.
16. Klubunun tərkibində bir ildə 73 qol.
17. “El-Klassiko”da qol vuran ən gənc əcnəbi (19 yaş)
18. 18 qolla Alfredo di Stefano ilə “El Klassiko”da ən çol qol vuran oyunçular sırasında liderliyi bölüşdürür.
19. 4 qolla Denilson və Məhəmməd Abutriko ilə klublar arasında dünya çempionatında bombardirlər siyahısında liderliyi bölüşdürür.
20. Çempionlar Liqasında/kubokunda bir mövsümdə 14 qol (Xose Altafini də eyni sayda qol vurub)
21. Dörd dəfə Çempionlar Liqasının/kubokunun ən yaxşı bombadiri (Herd Müllərlə birgə)
22. 10 futbolçu ilə yanaşı Çempionlar Liqası/kubokunun bir oyununda beş qol vurub.
23. Argentina millisinin tərkibində dünya çempionatının final mərhələsində oynamış ən gənc oyunçu (18 yaş, DÇ-2006-ın Argentina – Serbiya görüşü)
24. 12 qolla bir təqvim ilində Argentina millisində 12 qol (Qabriel Batistuta ilə birgə)
25. Dünyada “Qızıl top”u dörd dəfə qazanan yeganə oyunçu.
sports.ru saytının materialları əsasında
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında