Milliyə daha bir futbolçu çağırılıb

Milliyə daha bir futbolçu çağırılıb
XƏBƏR 13 Mart 2013 / 10:46 2460
-  A +

Bu gündən etibarən Bakı şəhərində təlim-məşq toplanışına başlayan Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu çağırılıb.

Qol.Az-ın məlumatına görə, "Simurq"un futbolçusu İlkin Qırtımov millinin hazırlıq prosesinə cəlb olunub.

Toplanışa dəvət olunmuş Elhad Nəziri martın 17-dən, Ruslan Abışov və Cihan Özkara isə martın 18-dən etibarən millinin heyətinə qoşulacaq.

Xatırladaq ki, millimiz DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq şəhərində Lüksemburq, martın 26-da isə Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq.

Son xəbərlər