"Topaz-ı yaratmaqda məqsədimiz Azərbaycan futbolunu inkişaf etdirməkdir"

"Topaz-ı yaratmaqda məqsədimiz Azərbaycan futbolunu inkişaf etdirməkdir"
XƏBƏR 11 Mart 2013 / 18:21 1811
-  A +

Fevral ayının ən yaxşı futbolçusu və qolunun mükafatlandırılması tədbirində çıxış edən Azəridmanservis” Məhdud Məsuliyyətli Cəmiyyətin  direktoru Azər Məhərrəmov nıtq söyləyib.

Qol.Az-ın PFl-in saytına istinadən yaydığı xəbərə görə, O, Topazla bağlı fikirlərini bölüşüb:

“Bir müddət öncə Topaz Azərbaycan Premyer Liqasına sponsorluq etməyə başladı. Bu istiqamətdə müxtəlif layihələr həyata keçiririk. Topaz-ı yaratmaqda məqsədimiz Azərbaycanda idmanın, xüsusilə də futbolun inkişafına töhfəmizi vermək və azarkeşlərin bu idman növünə olan marağını artırmaqdır. Bu yolda uğura doğru addım-addım yaxınlaşırıq. Azərbaycanda idman jurnalistikasının mövcudluğuna sevinirəm”.

Son xəbərlər