Martın 6-dan 10-dək Almanyanın paytaxtı Berlində "İTB Berlin 2013" Beynəlxalq Turizm Sərgisi keçirilib.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, sərgidə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti geniş tərkibdə iştirak edib. Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 104 kv.m sahədə lövhə quraşdırılıb. Bundan əlavə, 30 kv.m-lik sahədə "Ekologiya" stendi və 21 kv.m-lik sahədə "Mədəniyyət" stendi təşkil olunub. Sərgiyə gələn ziyarətçi və iştirakçılara nümayiş etdirmək və paylamaq üçün əl sənətkarlığı nümunələri, mis qablar, musiqi alətləri, eləcə də ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları hazırlanıb.
Sərginin ikinci günündə Azərbaycanla bağlı forum keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Azərbaycan barədə danışıb, forum iştirakçılarının suallarını cavablandırıblar. Forumda Azərbaycanda çalışan Almaniya vətəndaşları ölkəmiz haqda məlumat veriblər.
Tədbirdə Milli Məclisin deputatı, AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və Berlində yaşayan azərbaycanlılardan ibarət "Azəri" U-13 komandasının üzvləri də iştirak edib.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev