Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Rəvan”la cavab oyunu “Xəzər Lənkəran”ın gənc futbolçusu Ağabala Ramazanov üçün əlamətdar oldu. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, ağ-yaşıl formada ilk dəfə het-trikə imza atıb. 4:1 hesablı qələbəyə 3 qolla töhfə verən hücumçu klub tarixində 7-ci het-trikin müəllifi olub.
Belə ki, “Xəzər Lənkəran”ın 9 illik tarixində Ağabalaya qədər 6 matçda 1 oyunçu 3 qol vurmuşdu. Yalnız Samir Əliyev 2 dəfə het-trik edib. Ramazanov bunu bacaran 6-cı futbolçumuz olub. Klub tarixində ilk belə hadisənin müəllifi də S.Əliyevdir. O, 2004/05 mövsümündə bunu gerçəkləşdirib.
Klubun sonuncu het-triki isə təxminən 3 il yarım, dəqiqi 1219 gün əvvələ təsadüf edir. Həmin vaxt Mario Souza “Muğan”la kubok oyununda 3 qol vurmuşdu.
Ümumiyyətlə, “Xəzər Lənkəran”ın 7 het-trikindən 4-ü kubok, 3-ü çempionatda qeydə alınıb. Futbolçularımız 5 dəfə evdə, 2 dəfə səfərdə het-trikə imza atıblar.
Rəqib meydanlarındakı son het-trikin də müəllifi Ramazanov olub. Bu, Ağabalanın qardaşı Zaurdur. O, təxminən 6 il, 2126 gün əvvəl “Turan”la qarşılaşmada 3 qol vurmuşdu.
1. Samir Əliyev, 2004/05, çempionat
6-cı tur. 03.11.2004. “Gənclərbirliyi” – 6:0 (evdə)
2. Oqtay Dərəlioğlu, 2004/05, çempionat
30-cu tur. 03.05.2005. “Ədliyyə” – 6:1 (evdə)
3. Samir Əliyev, 2005/06, kubok
1/16 final, ilk oyun. 24.09.2005. “Şərur” – 5:0 (səfərdə)”
4. Zaur Ramazanov, 2006/07, çempionat
19-cu tur. 12.05.2007. “Turan” – 5:0 (səfərdə)
5. Nadir Nəbiyev, 2007/08, çempionat
19-cu tur. 29.03.2008. “Gənclərbirliyi” – 5:0 (evdə)
6. Mario Souza, 2009/10, kubok
1/8 final. 04.11.2009. “Muğan” – 3:1 (evdə)
7. Ağabala Ramazanov, 2012/13, kubok
1/4 final, cavab oyunu. 07.03.2013. “Rəvan” – 4:1 (evdə)
Lakin Ağabala klub tarixində yeni rekord da müəyyənləşdirməyi bacarıb. Belə ki, o, klub tarixində ən gənc het-trik müəllifidir. A.Ramazanov 20 yaş 46 günlüyündə het-trikə imza atıb. Bunadək rekord ilk het-trikini 25 yaş 203 günlüyündə 1 oyuna 3 qol vuran Samir Əliyevə məxsus idi.
1. Ağabala Ramazanov – 20 yaş 46 gün
2. Samir Əliyev – 25 yaş 203 gün
3. Samir Əliyev – 26 yaş 163 gün
4. Nadir Nəbiyev – 27 yaş 254 gün
5. Oqtay Dərəlioğlu – 29 yaş 138 gün
6. Zaur Ramazanov – 30 yaş 289 gün
7. Mario Souza – 31 yaş 309 gün
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev