“Turan”sayağı “Harlem shake”i Popoviçə həsr etmişdik” (VİDEO)

“Turan”sayağı “Harlem shake”i Popoviçə həsr etmişdik” (VİDEO)
XƏBƏR 10 Mart 2013 / 16:28 2518
-  A +

“Turan”ın futbolçusu Dmitri Pospelov bir neçə gün əvvəl internetdə yayımlanan, komanda yoldaşları ilə birgə “Harlem shake” rəqsini ifa etdikləri anın görüntülərinin yer aldığı video haqda danışıb.

Qol.Az-ın məlumatına görə, ukraynalı yarımmüdafiəçi football.ua saytına müsahibəsində deyib ki, Azərbaycanda sosial şəbəkələrdə əsk-sədaya səbəb olan bu videonu internetdə komanda yoldaşı Ender Güllü yayıb. “Biz “Turan”sayağı “Harlem shake”ni ad günü münasibəti ilə qapıçımız Andrey Popoviçə həsr etmişdik. Bunu çəkən Ender isə videonu feysbukda yayımladı. Görünür, orada onun dostları siyahısında jurnalistlər olub. Ona görə də bu video saytlarda yayımlandı”.

Dmitri Pospelov onu da bildirib ki, vurduqları hər qoldan sonra qeyri-adi hərəkətlər edən “Turan”lı oyunçular bundan sonra da yeniliklər edəcəklər.




Son xəbərlər