Növbəti həftənin çərşənbə axşamı hazırlıqlarına start verəcək Ağdamın “Qarabağ” klubu iyunun 23-ə kimi məşqlərini paytaxtda davam etdirəcək. Həmin gün isə Qurban Qurbanovun yetirmələri Türkiyənin Ankara şəhərinin Patalya bölgəsinə yola düşəcəklər. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, ağdamlıların iyulun 9-a kimi qonşu ölkədə qalacaqları proqnozlaşdırılır. Əgər Avropa Liqasının iyunun 22-də keçiriləcək püşkatmasından sonra “Qarabağ”ın ilk oyununu səfərdə keçirəcəyi məlum olsa, o zaman “Qarabağ” hazırlığını elə Türkiyədə davam edirib səfərə də oradan yollanacaq. Yox, əgər püşkə əsasən Ağdam klubu ilk oyununu evdə keçirərsə, onda “Qarabağ” iyulun 9-da vətənə qayıdacaq. Bir məlumatı da diqqətinizə çatdıraq ki,Avropa Liqasının İsveçrədə keçiriləcək püşkatma mərasimində “Qarabağ”ı “Bakı”nın baş meneceri Zeynal Məmmədov təmsil edəcək
Yamaldan növbəti rekord
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"