"Atletiko"nun trasfer planları

XƏBƏR 9 Mart 2013 / 17:55 3945
-  A +

Madridin “Atletiko” klubu transfer etmək istədiyi futbolçuların adını açıqlayıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub Radamel Falkaonun komandadan ayılacağı halda, transfer edəcəyi futbolçuları müəyyənləşdirib. Bunlar “Liverpul”dan Luis Suarez, “Mançester Siti”dən Edin Dzeko və “Barselona”dan  David Vilyadır.

İspan klubunun ilk hədəfi Luis Suarez olsa da, “Leverpul” bu futbolçusunu satmayacağı halda Edin Dzeko və David Vilyadən birini transfer etməkdə israrlıdır.

Qeyd edək ki, 2011-ci ildə “Porto”dan “Atletiko”ya transfer edilən Falkao oynadığı 79 matçda 63 qol vurub.

Son xəbərlər