Xavi "Milan"la matçda oynaya bilər

Xavi "Milan"la matçda oynaya bilər
XƏBƏR 9 Mart 2013 / 16:53 2321
-  A +

“Barselona”nın futbolçusu Xavi Ernandes Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Milan”la matçda forma geyə bilər.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 33yaşlı futbolçu artıq klubun məşqlərinə qoşulub.

Bu barədə jurnalsitlərə açıqlama verən Xavi tezliklə yenidən yaşıl meydanlara qayıtmaq istədiyini deyib: “Bəlkə ən yaxşı oyunumu meydana qoya bilməyəcəm. Ancaq bizim üçün vacib olan ”Milan” matçında çox gümankı oynayacağam”.

Futbolçu bu cür risklərin futbol karyerasında ilk dəfə olmadığını da deyib: “Daha öncə də belə risklər etmişəm.Mən bir oyun qurucusuyam. Buna görə də bəzi oyunçular kimi sadəcə meydanın bir tərəfindən digərinə qaçmıram” - deyə o bildirib.

Qeyd edək ki , ispan futbolçu "Valensiya" ilə matçda bud sümüyündən zədə aldığı üçün bir müddətdir ki, komandasına kömək edə bilmir.

Son xəbərlər