Dünən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan - İspaniya matçına İspaniya mətbuatı da xüsusi diqqət ayırıb. Qol.Az-ın məlumatına görə, onların əksəriyyəti öz şərhlərində millimizi olduqca zəif rəqib kimi təqdim etməklə, matçın Konfederasiyalar Kubokuna hazırlaşan İspaniya üçün əsl məşq olduğunu bildirib. Məsələn, nüfuzlu “Marka” qəzeti bugünkü nömrəsinin üz səhvəsinə het-trikə imza atmış David Vilyanın şəklini qoyub. İspanlar yazının girişində Azərbaycanı şahmat ölkəsi kimi təqdim ediblər: “İspaniya şahmat ölkəsi olan Azərbaycanın yoldaşlıq görüşü təklifini qəbul edərək bu ölkəyə getdi və böyük hesablı qələbə qazandı. Bununla da Cənubi Afrika Respublikasına əla əhval-ruhiyyə ilə yollandı. Oyunun qəhrəmanı het-trikə imza atan David Vilya oldu. Onun üçün matç yüngül gəzintiyə bənzəyirdi və təsadüfi deyil ki, ilk hissədə artıq rahatlıqla üç qol vura bildi. Bu qarşılaşma ilə İspaniya bir daha öz qiymətini ortaya qoymuş oldu. Bakı stadionunun qazonu çox bərbad vəziyyətdə idi və yaradıcı futbol oynamağa mane olurdu. Azərbaycan ilk dəqiqələrdən İspaniyanın hörməti sayəsində nizam-intizamlı nəzərə çarpırdı. Amma bir bacala temp artan kimi hər şey üzə çıxdı. Məlum oldu ki, Azərbaycanın heyətində illiyuzçu yoxdur”
Yamaldan növbəti rekord
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"