"Bu gün çox çətin rəqibə qarşı oynayacağıq. Komandamızın əhval-ruhiyyəsi həmişəki kimi yaxşıdır. Bu gün son məşqimizi etdik. Oyuna tam hazırıq. İnanıram ki, Bakıdan sərfəli nəticəylə dönəcəyik”.
Bu sözləri Qol.Az saytına açıqlamasında “Simurq”un müdafiəçisi İlkin Qırtımov Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında bu gün “Neftçi”yə qarşı keçirəcəkləri matç haqqında danışarkən deyib.
O, komandanın kapitanı Rasim Ramaldanovun yoxluğunu komanda üçün böyük itki adlandırıb: “Rasim Ramaldanov zədəli olduğundan bu oyuna çıxa bilməyəcək. Onun yoxluğu müdafiədə işimizi çətinləşdirəcək. Nəzərə alsaq ki, “Neftçi” Azərbaycanda ən güclü hücum xətti olan komandadır, kapitanımızın yoxluğu hiss ediləcək”.
İ.Qırtımov əsasən müdafiədən oynayacaqlarını qeyd edib: “Təbii ki, əsas işimiz qol buraxmamaq olacaq. Daha rahat oynamaq üçün bir qol vurmağa çalışacağıq. Çünki “Neftçi” hər an qapımıza yol tapa bilər”.
Xatırladaq ki, "Simurq"la "Neftçi" arasında Zaqatalada keçirilən ilk oyunda hesab açılmayıb.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam