AFFA rəhbərliyinin təşəbbüsü ilə Apellyasiya və Ekspert Komitəsi şübhəli oyunlarla bağlı iclas keçirilib.
Qol.Az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, iclasda AFFA-nın hüquqşünası Rəmiş Malıyev tərəfindən komitə üzvlərinə nəticəsi əvvəlcədən müəyyənləşdirilən şübhəli oyunlar və bu oyunlarla bağlı xüsusi qrupun apardığı araşdırmalar barədə məlumat verilib. Komitə üzvləri xüsusi qrupun məlumatlarını və digər mənbələrdən AFFA-ya daxil olan məlumatları ətraflı müzakirə ediblər. Müzakirələr zamanı əsas diqqət şübhəli oyunlarla bağlı komitənin qəbul edəcəyi müxtəlif növ cəza tədbirləri və bu tədbirlərin ağırlıq dərəcəsi olub.
Komitənin iclasında Avropa Şurası çərçivəsində 2013-cü ildə qəbul olunması nəzərdə tutulan idman oyunlarının nəticələrinin manipulyasiyasına qarşı konvensiya da müzakirə olunub. İclasın yekununda qərara alınıb ki, AFFA-nın növbəti İcraiyyə Komitəsinin iclasında danışılmış oyunlarla bağlı sərt cəza tədbirlərinin tətbiq olunması və bu cəzaların Premyer liqa yarışlarının intizam qaydalarına daxil edilməsi məsələsi qaldırılsın.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam