“Barselona”nın hücumçusu Lionel Messi bu gün mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, konfransda komandasının son üç oyundakı məğlubiyyəti haqda danışan argentinalı ulduz bu uğursuzluqların onların əhval-ruhiyyəsinə mənfi təsir etdiyini bildirib.
“Məğlubiyyətimizin səbəbini bilirik. Amma bu sirr bizim komandanın daxilində qalacaq. Onu deyə bilərəm ki, düşdüyümüz bu vəziyyətdən çıxacağıq” – deyə o qeyd edib.
Messi gələn həftə Çempionlar Liqasının 1/8 final mərhələsində “Milan”a qarşı keçirəcəkləri cavab oyunu haqda da fikirlərini bildirib.
“Necə ki, onlar Milanda bizə iki qol vurdular, biz də eyni şeyi Barselonada təkrarlaya bilərik. Hamımız komandamıza daha çox şey vermək məcburiyyətində olduğumuzun fərqindəyik”.
Messi baş məşqçiləri Tito Vilanova və futbolçu Erik Abidalın səhhətiylı bağlı problemlərin komandaya təsir etdiyini söyləyib: “Amma bunlar məğlubiyyətlərimizə bəhanə olmamalıdır. Biz güclüyük və özümüzə gələcəyik”.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam