Rusiya Futbol İttifaqının inspektoru Andrey Butenko UEFA Çempionar Liqasının 1/8 final mərhələsinin “Mançester Yunayted” – “Real” matçında türkiyəli hakim Cüneyt Çakırın meydan sahiblərinin hücumçusu Nanini meydandan qovması barədə mübahisələrə səbəb olan qərarını şərh edib.
Qol.Az-ın məlumatına görə, “Sport-ekspress” qəzetinə müsahibəsində o deyib ki, belə epizodlarsa ilk növbədə qaydanı pozan futbolçunun aqressiv hərəkətə yol verib-vermədiyi nəzərə alınır: “Epizoda baxanda görünür ki, Nani tərəfindən aqressiv hərəkət olub. Bu halda isə, mövcud qaydalara əsasən, futbolçuya qırmızı vərəqə göstərilir. Hesab edirəm ki, hakim haqlı qərar verib. Əgər o, Naniyə sarı vərəqə göstərsəydi, bunu da normal qəbul etmək olardı. Türkiyəli hakimin futbolçuya tibbi yardım göstərilənə qədər düşünmək üçün vaxtı oldu. Bu mənada, Cüneyt Çakır təkcə haqlı yox, həm də düşünülmüş qərar verdi. O bilirdi ki, bununla nəyə gedir”.
Rusiyalı mütəxəssis hakimin belə qərar verməsində onun yardımçılarının rolunun olun-olmaması barədə sualı da cavablandırıb: “Məncə, qərar verilərkən Çakır ehtiyat və yan xətt hakimi ilə müzakirə aparıb”.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam