"Acıbadem” Sağlamlıq Qrupunun Bakıdakı əlaqələndirici ofisində xəstəxanalar şəbəkəsinin Azərbaycandakı tərəfdaşları – “Qəbələ” və “Bakı” klublarının nümayəndələri və jurnalistlərlə görüş keçirilib. Acıbadem Sağlamlıq Qrupunda fəaliyyət göstərən və Azərbaycan futbol ictimaiyyətinin yaxından tanıdığı Professor Mehmet Binnetin iştirak etdiyi görüşdə “Qəbələ” baş məşqçi Ramiz Məmmədov, marketinq meneceri Səməd Nəsibov və futbolçu Viktor Mendi ilə təmsil olunub. Toplantı zamanı Mehmet Binnet görüş iştirakçılarına “Acıbadem”in Azərbaycandakı işgüzar əlaqələri, tərafdaşları və gələcək planları barədə məlumat verib. M.Binnət çıxışı zamanı Azərbaycanla əlaqələri genişləndirməyi planlaşdırdıqlarını söyləyib. Görüşdə keçmiş karyerasına toxunan professor “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədovla dost münasibətinin olduğunu da vurğulayıb:
"Azərbaycandan bir çox idmançını əməliyyat etmişəm. Onlardan bəlkə də ən çətini Ramiz Məmmədovun zədəsi idi. “Qəbələ”nin indiki baş məşqçisi o vaxt mənim yanıma çox ağır vəziyyətdə gəlmişdi. İndi biz çox yaxın dostuq. Mənə azərbaycanlı idmançılarla işləmək çox xoşdu. Çünki əslim azərbaycanlıdır. Vaxt var idi türkiyəli idmançılar da Almaniyaya qaçardılar. Amma indi biz özümüz onları müalicə edə bilirik. Hətta xaricdən bizim yanımıza gəlirlər. Artıq hər cür şəraitimiz var. Sizin həkimlərə hələ vaxt lazımdı. Fikrimcə, 5-10 ildən sonra sizin oyunçuların da harasa getməsinə ehtiyac qalmayacaq".
Baş məşqçi Ramiz Məmmədov da öz növbəsində “Acıbadem” Sağlamlıq Qrupuna və Professor Mehmet Binnətə təşəkkürünü bildirib. “Qəbələ” Futbol Klubunun “Acıbadem”lə tərəfdaşlığından məmnun olduğunu bildirən R.Məmmədov zaman ötdükcə tərəflər arasında əlaqələrin genişlənəcəyinə inandığını bildirib.
Görüşün sonunda Mehmet Binnet jurnalistlərin suallarını cavablandırıb.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam