“Qarabağ” sabah ölkə kubokunun 1/4 finalının cavab oyununda “Qəbələ”ylə qarşılaşacaq. Vacib görüş öncəsi komandanın müdafiəçisi Maksim Medvedyev oyunla bağı klubun saytına açıqlama verib: “ Hazırlıqlar normal qaydada gedir. Bilirik ki, bizi “Qəbələ” ilə çətin oyun gözləyir. Rəqibimizin bəlkə də ən əsas hədəfi kubokdur. Məlumdur ki, Avropaya gedən ən qısa yol kubokdan keçir. Amma biz də eyni hədəf üçün mübarizə aparırıq. Yarımfinala çıxmaq istəyirik. Bunun üçün isə “Qəbələ”ni keçməliyik. İlk oyunda qeydə alınmış nəticə ilk baxışdan bizə sərfəli görsənir. Amma 90 dəqiqənin eyni hesabla oynanacağını heç kim fikirləşmir.
O, “Qarabağ”ın hazırkı durumunu Çempionlar Liqasında mübarizəni dayandıran “Mançester Yunayted”lə müqaisə edib: “Mançester Yunayted”in vəziyyətinə düşüb-düşməyəcəyimizi deyə bilmərəm.İngilislərə 1:1-lik nəticə sərf etsə də onlar yenə də qol vurdular, mübarizə aparırdılar. Sadəcə qırmızı vərəqə Ferqyüsonun yetirmələrini pis vəziyyətdə qoydu. “Qəbələ”ylə oyunda qırmızı vərəqə almağı düşünmürük (gülür). Bəli 2 ildir ”Qəbələ”ni uda bilmirik. Amma heç vaxt onlara qarşı əzilməmişik. Sadəcə, nəsə olur. Çoxlu qol imkanlarımız olur, amma yenə də qalib gələ bilmirik. Futbolda belə şeylər olur. Təbii ki, biz də nə vaxtsa “Qəbələ”ni udmalıyıq”.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi
Arbeloanın yeni klubu məlum oldu
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
"Real"ın yetirməsi "Araz-Naxçıvan"da
"Xankəndi" üç futbolçu ilə yolları ayırdı
Skaloni: "Messi oyuna qoşulanda hamının enerjisi artır"
“Zirə”nin rəqibi xal itirdi
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
Ronaldonu geridə qoydu, Klozeyə çatdı
Onlar da DÇ-2026 ilə vidalaşacaqlar
Fransa millisinin böyükhesablı qələbəsi - Video