Çempionlar Liqası 1/8 final mərhələsinin cavab qarşılaşması “Mançester Yunayted” – “Real” oyununda türk hakim Cüneyt Çakırın verdiyi qərarlar Avropa mətbuatının gündəmini zəbt edib.
Qol.Az-ın məlumatına görə, Çakırın qarşılaşmanın 56-cı dəqiqəsində ev sahiblərinin oyunçusu Naniyə birbaşa qırmızı vərəqə verməsi böyük mübahisələrə səbəb olub. Matç boyu yerindən belə qalxmayan “MY”nın baş məşqçisi Aleks Fergüsson bu qərardan sonra əsəbiləşərək hakimlərlə mübahisə edib .
Britaniya mətbuatı Çakırın idarəçiliyinə kəskin etiraz edib. Yazılarda qeyd olunub ki, türk hakimin mübahisəli qərarları bununla da bitməyib. Qarşılaşmanın ikinci hissəsində “Real”lı futbolçuların vurduğu künc zərbəsindən sonra rəqib komadanın futbolçusu Rafael Varanın əllə oynamasını türk hakim görməyib. İngiltərəli jurnalistlər bildiri ki, matçın 90+2-ci Ramosun rəqibinə qarşı kobudluğu da türk hakim tərəfindən penalti kimi qiymətləndirməyib.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə