Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari İtaliya və Rusiya yığmaları ilə keçiriləcək yoxlama oyununa dəvət etdiyi 22 futbolçunun adlarını açıqlayıb.
Qol.Az-ın məlumatına görə, uzun fasilədən sonra “Real”ın yarımmüdafiəçisi Kaka milliyə dəvət alıb, "Atletiko Mineyro"nun hücumçusu Ronaldinyo isə bu dəfə yığmadan kənarda qalıb.
Qapıçılar: Julio Sezar ("KPR"), Dieqo Kavalyeri ("Fluminense");
Müdafiəçilər: Daniel Alves ("Barselona"), Tyaqo Silva ("PSJ"), David Luis ("Çelsi"), Dante ("Bavariya"), Luis Filippe ("Atletiko"), Marselo ("Real"), Dede ("Vasku de Qama");
Yarımmüdafiəçilər: Ramires, Oskar (hər ikisi - "Çelsi"), Paulinyo ("Korintians"), Ernanes ("Latsio"), Kaka ("Real"), Lukas Moura ("PSJ"), Dieqo Kosta ("Atletiko"), Luis Qustavo ("Bavariya"), Jan ("Fluminense"), Fernando ("Qremio");
Hücumçular: Xalk ("Zenit"), Neymar ("Santos"), Fred ("Fluminense").
Xatırladaq ki, Braziliyanın İtaliya ilə görüşü martın 21-də, ruslarla oyunu isə martın 25-də baş tutacaq.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə