"Rəvan”ın qış "transfer pəncərəsi”ndə heyətinə qatdığı Mindauqas Kalonas yenidən Litva millisinə dəvət alıb. Qol.Az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.
"Rəvan”ın Topaz Premyer Liqada ilk üç oyununun hamısında qol vuran 29 yaşlı yarımmüdafiəçi təxminən 2,5 illik fasilədən sonra millidə çıxış etmək imkanı qazanıb.
Qeyd edək ki, litvalılar martın 22-də 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə turniri çərçivəsində Jilinada Slovakiya millisinin qonağı olacaq. Dörd gün sonra isə Baltikyanı ölkənin yığma komandası Tiranada Albaniya milli komandasına qarşı beynəlxalq yoldaşlıq görüşü keçirəcək.
Uzun fasilədən sonra milliyə dəvət alması ilə bağlı Kalonas bunları deyib: "Əlbəttə, çox sevinirəm. İki il yarım sizə zarafat gəlməsin. Hər şey Zaporojye "Metallurq”unda yaşadığım problem və bu səbəbdən bir ilə yaxın oynaya bilməməyimlə başlamışdı. Çox sevinirəm ki, artıq bu qara zolağı arxada qoya bildim. Milliyə dəvət almağımda "Rəvan”ın da danılmaz rolu var. Rəhbərliyə və məşqçilər korpusuna mənə etimad göstərdiklərinə görə təşəkkür edirəm. İndi Litva millisində həm də klubun nümayəndəsi kimi çıxış edəcəm. Həm özümün, həm də klubun imicini qaldırmaq üçün əlimdən gələni edəcəm. Sübut edəcəyəm ki, Kalonas hələ futbol oynamağı bacarır. Sadəcə, ona şans vermək lazımdır”.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə