"Ağır oyun oldu. Matçın gedişində hesabda önə çıxsaq da, təəssüf ki, hesabı saxlaya bilmədik".
Qol.Az-ın məlumatına görə, bu sözlər "Kəpəz"in futbolçusu Şahin Kərimov Premyer Liqanın 22-ci turunda "Simurq"la oyundan (1:1) sonra klubun saytına açıqlamasında deyib.
Son turda "Simurq"a qarşı görüşdə komandanı kapitan kimi meydana çıxarıb, qol da vurmağı bacaran Kərimov əldə olunan bir xalda hamının payı olduğunu bildirib: "Mən qol vurmaqla öz işimi gördüm. Qol vəziyyətini komanda yoldaşlarım yaratmışdı. Mən sadəcə epizodu tamamladım. Hamının əziyyəti var və bunu danmaq olmaz. Bir xala çox ehtiyacımız vardı".
Kərimov qazanılan bir xalın komandanın gələcək çıxışına müsbət mənada təsir edəcəyini sözlərinə əlavə edib: "Qara zolağa düşmüşdük. Nə xal qazana, nə də ki, qol vura bilirdik. İnanıram ki, uğursuzluğa son qoyduq. İndi məqsəd bunun ardını gətirməkdi. Altılıq oyunlarında yaxşı çıxış etməliyik. Başqa yolumuz yoxdur".
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə