Təbrizin “Traktorsazi” komandası İran çempionatında uğurlu çıxışını davam etdirir.
Qol.Az-ın məlumatına görə, ötən həftə Asiya Çempionlar Liqasının ilk turunda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubuna 3:1 hesabı ilə qalib gələn Cənubi Azərbaycan təmsilçisi İran çempionatının martın 4-də baş tutan 28-ci turunda öz meydanında turnir cədvəlinin beşinci pilləsində qərarlaşan “Naft Tehran”ı qonaq edib və rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Lider “İstiqlal” isə “Saba Qom”la səfər oyununda (1:1) xal itirib.
“Traktorsazi” bu qələbədən sonra “İstiqlal”a yaxınlaşıb. 28 turdan sonra hazırda ikinci pillədə qərarlaşan Təbriz klubunun ehtiyatında 55, “İstiqlal”ın isə 56 xalı var.
Qeyd edək ki, martın 8-də baş tutacaq 29-cu turun oyununda “İstiqlal” öz meydanında “Traktorsazi”ni qəbul edəcək. Bu isə sırf liderlik uğrunda oyun olacaq.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə