Mourinyo: “Ronaldo Pele və Maradonadan da güclüdür”

Mourinyo: “Ronaldo Pele və Maradonadan da güclüdür”
XƏBƏR 5 Mart 2013 / 14:24 2546
-  A +

“Real”ın baş məşqçisi Joze Mourinyo dünyanın ən yaxşı futbolçusunun Kriştiano Ronaldo olduğunu deyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o bildirib ki, portuqaliyalı hücumçu nəinki müasir futbolçulardan, hətta Pele və Dieqo Maradonadan da yaxşı oyunçudur.

Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”lə keçiriləcək cavab qarşılaşması haqda da danışan portuqaliyalı mütəxəssis rəqib oyunçuların Ronaldonu dayandırmaqda çətinlik çəkəcəyini deyib: “MY Ronaldonu necə saxlaya bilər? Bu, mənim yox, onların problemidir. Komandam mənim istədiyim kimi oynasa, çox rahat qazanacağıq”.

50 yaşlı baş məşqçi “Real”dan sonrakı karyerası barədə də fikir bildirib və böyük ehtimalla İngiltərəyə qayıdacağını deyib: “Ancaq bunun nə zaman baş verəcəcəyini bilmirəm. İndi gələcək karyeram haqda düşünmürəm. Xüsüsilə belə bir matçdan əvvəl bunun düşünmək eqoistlik olar. “Real”ın bu matçı qazanması üçün hər şey edəcəyəm. Bu oyundan zövq almaq istəyirəm”.


Son xəbərlər