Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Qol.Az-ın məlumatına görə, iclasda bir sıra qərarlar verilib.
Azərbaycan Kubokunun 1/4 final “Bakı” – “İnter” matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqanın XXII turunun “Kəpəz” – “Simurq” matçında meydan sahibi komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Topaz Premyer Liqanın XXII turunun “Bakı” – “Rəvan” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib.
Topaz Premyer Liqanın XXII turunun AZAL – “Qəbələ” matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
Matç başa çatdıqdan sonra “Qəbələ” klubunun futbolçuları tərəfindən stadionun paltardəyişmə otağının pəncərəsi sındırıldığı üçün “Qəbələ” klubu dəymiş zərərə uyğun olaraq AZAL klubunun təqdim edəcəyi hesab əsasında ödəmə edəcək.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə