"Qarabağ" hazırlıqlara başlayır

"Qarabağ" hazırlıqlara başlayır
XƏBƏR 5 Mart 2013 / 11:45 1475
-  A +

"Qarabağ" klubu Azərbycan kubokunun 1/4 finalının cavabı oyunu üçün bu gün məşqə başlayacaq. 

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Qəbələ"ni qəbul edəcək Ağdam təmsilçisi  tək çalışmayla kifayətlənəcək. "Qarabağ" oyunun keçiriləcəyi mərkəzi arenada saat 17:00-da məşqə çıxacaq. Çempionat çərçivəsində baş tutan sonuncu oyunda komanda beş itkiylə mübarizə aparmışdı. Bu gündən bəzi futbolçular komandayla birgə məşqə çıxacaq.  Ansi Aqollinin oynyacağı  bəlliydisə, zədəli Riçard Almeyda artıq komandayla məşqlərdə iştirak edir. Eləcə də Kristian Torres və yeni transfer Emeka Opara da komanda ilə çalışmalarda iştirak edir. Sadəcə, Branimir Subaşiçin meydana çıxma ehtimalı yoxdur. Bir  həftə öncə "Qəbələ"ylə baş tutan ilk görüşdə 1:1-lik nəticə qeydə alınmışdı. Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" görüşü, Martın 7-də, saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Son xəbərlər
30.04.26  17:08

Fati satılacaq

topaz banner