“Mançester Yunayted”in baş məşqçisi Aleks Fergüsson sabah Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, bu gün təşkil olunan mətbuat konfransında o, təkrar görüşdə hər iki komandanın qol vuracağı qənaətində olduğunu söyləyib: “Təbii ki, biz daha çox qol vurmağa köklənməliyik. Bu oyuna maraq çoxdur. Baxın, oyundan əvvəlki məşqə nə qədər fotoqraf gəlib. Bu, sabahkı görüşün nə qədər əhəmiyyətli olduğunu sübut edir”.
A.Fergüssonun fikrincə, sabah futboldakı ən möhtəşəm qarşılaşmalardan biri olacaq.
“Real” və “Mançester Yunayted” hazırda yaxşı formadadır. Madrid təmsilçisi son bir həftədə “Barselona”ya qarşı iki əla oyun keçirib. Bu isə komandanın nə qədər düzgün hazırlıq keçdiyini göstərir. Ona görə də gözəl bir oyun gözləyirəm. Matçdan sonra kiminsə məyus olacağını düşünmürəm” - deyə A.Fergüsson qeyd edib.
Xatırladaq ki, “Mançester Yunayted” – “Real” oyunu martın 5-i, Bakı vaxtı ilə saat 23.45-də başlanacaq. Bu komandaların Madriddəki ilk oyunu 1:1 hesabı ilə yekunlaşıb.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı