”Deməzdim ki, xüsusi bir həyəcanım vardı. Təbii ki, “İnter”lə oyun olduğuna görə bir qədər fərqlilik vardı. Turnir cədvəli baxımından oyun vacib idi. Oyundan əvvəl Qurban müəllim mənə bildirdi ki, rahat ol, təlim-məşq toplanışında oyunlara neçə çıxırdınsa, eyni tərzdə meydana çıx. Dedi ki, mümkün qədər Vüqar və Əfranın sürətindən istifadə et. Onları topla təmin etməyimi istədi. İlk hissədən sonra Qurban müəllim mənə təşəkkür etdi. Oyunuma qiymət verməyim düzgün olmaz”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın gənc yarımmüdafiəçisi Toğrul Bilallı klubun saytına açıqlamasında bidirib.
Premyer Liqanın 22-ci turunda “İnter”ə qarşı oyunda start heyətdə meydana çıxan oyunçu ilk hədəfinin daha çox oynamaq şansı əldə etmək olduğunu qeyd edib: ”Meydanın mərkəzində, hücumçuların arxasında oynamaq mənə daha xoşdur. Avropada bu mövqedə oynayanlardan Xavi, İnyestadan xoşum gəlir. Mən də onun kimi sakitəm və onun kimi qol vurmaqdan daha çox ötürmə verməkdən xoşum gəlir. Azərbaycanda isə Rəşad Sadiqov “Qarabağ”da oynayarkən mənə nümunə olub. Futbolumuzda pleymeyker probleminin olub-olmadığını deyə bilmərəm".
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı