Topaz Premyer Liqasında mövsümün 300-cü qolu vurulub. Nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” oyunundakı texniki nəticə nəzərə alınmasa, təsnifat mərhələsinin son turunadək 295 qol vurulmuşdu. Günün 5-ci qolu yubiley xarakteri daşımalı idi. Eyni saatda başlayan AZAL – “Qəbələ” və “Bakı” - “Rəvan” matçlarının hər ikisinin 12-ci dəqiqəsində qol vuruldu. Bunadək artıq 4 top qeydə alınmışdı. Mustafa Dabonun AZAL, Şəhriyar Rəhimovun “Bakı”ya vurduğu qollar 300-cüyə şərik oldular.
Qeyd edək ki, 2012/13 mövsümünün ilk qolunu “Kəpəz”də oynadığı vaxt İrakli Beraya, 100-cü qolunu “İnter”li Nizami Hacıyev, 200-cünü AZAL-ın hücumçusu Zohair Benouahi vurub.
22-ci turun 6 oyununda qapılara ümumilikdə 21 qol vuruldu. Bu da mövsümün yeni rekordudur. Bunadək ən çox – 19 qol 2 dəfə 11-ci və 13-cü turlarda vurulmuşdu. Son turun orta məhsuldarlığı 3,50-yə bərabər oldu. Cəmi 4 matçın baş tutduğu 4-cü turda da orta rəqəm 3,50 idi. Ən az – 7 qol isə 7-ci və 10-cu turlara təsadüf edib. 7-ci turda 5, 10-cu turda isə 6 matça cəmi 7 qol vurulub.
Qeyd edək ki, 6 oyun təxirə salındığı üçün müxtəlif vaxtlarda baş tutub.
Nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” oyunu nəzərə alınmamaqla təsnifat mərhələsində 131 matç keçirilib. Bu qarşılaşmalarda 316 qol vurulub. Orta məhsuldarlıq 2,41-ə bərabər olub. Bu qolların 183-nü meydan sahibləri, 133-nü qonaqlar vurub. İlk hissədə 143, fasilədən sonra 173 top vurulub. Meydan sahibləri birinci hissədə də (82:61), ikinci hissədə də (101:72) qonaqlardan çox fərqlənib. 316 qoldan 24-ü penaltidən vurulub. 8-i isə avtoqol kimi qeydə alınıb. Təsnifat mərhələsində 2 poker, 1 het-trik, 22 dubla təsadüf olunub.
Qol sayında rekordla əlamətdar olan 22-ci turda bir antirekord da qeydə alınıb. “Kəpəz” – “Simurq” matçını cəmi 50 tamaşaçı izləyib. Gəncə təmsilçisinin “Dalğa Arena”da keçirdiyi ev oyunu Premyer Liqanın təsnifat mərhələsində ən az tamaşaçının qeydə alındığı qarşılaşmadır.
Qeyd edək ki, ən çox tamaşaçı isə 19-cu turun “Xəzər Lənkəran” – “İnter” matçına təsadüf edib – 11000.
Mənbə: pfl.az
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı