Ramil Əliyev: “Uşaq səhvləri etdik”

Ramil Əliyev: “Uşaq səhvləri etdik”
XƏBƏR 3 Mart 2013 / 19:06 1756
-  A +

“Bugünkü oyunu güclü külək korladı. Oyuna itkilərlə çıxmışdıq, Adamoviç və Orlovski bu gün oynaya bilmədi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqanın 22-ci turunda “Bakı”ya 1:2 hesabı ilə uduzduqların oyundan sonra deyib.

“Görüşə yaxşı başladıq, istədiyimiz qolu vurduq. Lakin uşaq səhvlərindən qapımızda qollar gördük. Bu oyunu unudub, “Xəzər Lənkəran”la kubok oyununa hazırlaşmalıyıq” – deyə gənc mütəxəssis vurğulayıb.


Son xəbərlər